az en
News / AFFA rəsmisi UEFA-nın iclasında

AFFA rəsmisi UEFA-nın iclasında

UEFA Dərc olundu: 22.03.2025 Çap
Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib. 
AFFA rəsmisi UEFA-nın iclasında
İclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı aşağıdakı məsələlər müzakirə olunub:
- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;
- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;
- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;
- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;
- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.
 
Baş Sponsor