az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarı

Apellyasiya Arbitraj Tribunalının qərarı

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 26.11.2025 Çap
“European Football Academy” Futbol Klubunun (U-17 Liqası) “European Football Academy” (EFA) – “Sabah” FK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair qəbul edilmiş qərar.
Apellyasiya Arbitraj Tribunalının qərarı
1. “European Football Academy” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 9 noyabr 2025-ci il tarixdə AFFA U-17 Liqasında keçirilən “European Football Academy” FK - “Sabah” FK oyununda “European Football Academy” komandasının heyətində 7 nömrəli futbolçu Elmixan Nəbizadənin qarşılaşmanın 87-ci dəqiqəsində rəqib komandanın oyunçusuna meydanda fiziki hücum etməsi nəticəsində təcavüzkar davranışa yol verdiyinə görə AFFA İntizam Komitəsinin 13 noyabr 2025-ci il tarixli qərarı ilə AFFA-nın İntizam Məcəlləsinin maddəsinin tətbiqi zamanı buraxılmış formal səhv aradan qaldırılmaqla “maddə 44.1” “maddə 45.1” kimi oxunsun və təyin edilmiş oyuna buraxılmama intizam tədbirinin müddəti 3 oyundan 2 oyuna dəyişdirilsin.
3. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Baş Sponsor