UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Araz-Naxçıvan”ın Kipr klubu “Omoniya” ilə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb. UEFA Bakıdakı ilk görüşü Çexiyadan, Nikosiyadakı cavab qarşılaşmasını isə Danimarkadan olan hakimlər briqadasına həvalə edib:
“Araz-Naxçıvan” – “Omoniya”
7 avqust. “Dalğa Arena”. Saat 20:00
Baş hakim: Andrey Berka
Baş hakimin köməkçiləri: İvo Nadvornik, Yan Vanya
Dördüncü hakim: Andrey Peçanek
VAR: Tomas Koçurek
AVAR: Miroslav Zelinka
(Hakimlər briqadası Çexiyadandır)
“Omoniya” – “Araz-Naxçıvan”
14 avqust. GSP stadionu. Saat 21:00
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikkel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq
(Hakimlər briqadası Danimarkadandır)