az en
News / Ayxan Abbasov: “Məqsədimiz C Liqasına qayıtmaqdır”

Ayxan Abbasov: “Məqsədimiz C Liqasına qayıtmaqdır”

Məşqçilər Dərc olundu: 12.02.2026 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib:
Ayxan Abbasov: “Məqsədimiz C Liqasına qayıtmaqdır”
“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.
Baş Sponsor