Bakıda AFFA tərəfindən UEFA-nın “B” kateqoriyalı məşqçi kursu keçiriləcək. Kurslar avqustun 11-dən 14-dək (1-ci modul), sentyabrın 8-dən 11-dək (2-ci modul), oktyabrın 6-dan 9-dək (3-cü modul) və noyabrın 3-dən 6-dək baş tutacaq.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. UEFA “C” Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
Həftənin I-V günləri saat 9:00-dan 17:00-dək müraciət etmək olar.
Sənədlər 1 avqust saat 14:00-dək qəbul olunacaq.