Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Bakıda Moldovanın “Petrokub” kollektivini qəbul edib.
“Bank Respublika Arena”da keçirilən görüşdə Azərbaycan təmsilçisi rəqibini böyük hesabla məğlub edib - 4:1. "Sabah"ın heyətində qolların üçünü Coy-Lens Mikels (22, 28, 44), birini isə Pavol Şafranko (45+1) vurub. Səfərdəki ilk matçda da 2:0 hesablı qələbə qazanan təmsilçimiz III təsnifat mərhələsinə yüksəlib.
“Sabah”ın növbəti raunddakı rəqibi UEFA Avropa Liqasında II təsnifat mərhələsinin “Braqa” (Portuqaliya) - “Levski” (Bolqarıstan) cütünün məğlubu olacaq. Bu komandaların Bolqarıstandakı ilk dueli 0:0 hesablı heç-heçə yekunlaşıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq. “Sabah” ilk matçını səfərdə keçirəcək.