“Bakcell U-14 Elit Kuboku”: Final oyunu keçiriləcək
Bakcell U-14 Elit Kuboku Dərc olundu: 22.02.2016Çap
Fevralın 23-də “Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulacaq.
Bayıl stadionunda keçiriləcək turnirin final oyununda “İnter” və “Qəbələ” klublarının müvafiq yaş qrupundan ibarət komandası qarşılaşacaq. Saat 14:00-da başlayacaq qarşılaşma CBC Sport televiziya kanalında canlı yayımlanacaq.