Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində beşinci oyuna çıxacaq. Komanda İtaliyanın “Napoli” kollektivinin qonağı olacaq. Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Polşadan olan hakimlərin idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
25 noyabr
“Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan)
“Dieqo Armando Maradona” stadionu. Saat 00:00
Baş hakim: Şimon Marçinyak
Baş hakimin köməkçiləri: Tomaş Listkeviç, Adam Kupsik
Dördüncü hakim: Voyçex Miç
(Hamısı Polşa)
VAR: Pol van Boekel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)