Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Xorvatiyanın “Hayduk” kollektivini qəbul edəcək.
“Neftçi Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq. Yunanıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
23 iyul
“Zirə” (Azərbaycan) – “Hayduk” (Split, Xorvatiya)
Neftçi Arena. Saat 19:30
Baş hakim: Xristos Vergetis
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staikos
Dördüncü hakim: Anastasios Papapetru
(Hakimlər briqadası Yunanıstandandır)