az en
News / Bu gün saat 20:00: “Araz-Naxçıvan” – “Aris”

Bu gün saat 20:00: “Araz-Naxçıvan” – “Aris”

Konfrans Liqası Dərc olundu: 24.07.2025 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Yunanıstanın “Aris” kollektivini qəbul edəcək.
Bu gün saat 20:00: “Araz-Naxçıvan” – “Aris”
“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
24 iyul
 
“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan)
Liv Bona Dea Arena. Saat 20:00
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Mirça Mixail Qriqoriu, Andrey Qabriel Konstantinesku
Dördüncü hakim: Radu Petresku
(Hakimlər briqadası Rumıniyadandır)
Baş Sponsor