az en
News / Bu gün saat 21:00: “Petrokub” – “Sabah”

Bu gün saat 21:00: “Petrokub” – “Sabah”

Konfrans Liqası Dərc olundu: 24.07.2025 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olacaq.
Bu gün saat 21:00: “Petrokub” – “Sabah”
Kişineudakı “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsraildən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
24 iyul
 
“Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan)
Zimbru stadionu. Saat 21:00
Baş hakim: Qal Leybovitz
Baş hakimin köməkçiləri: Omer Barbiro, Yossi Babayoff
Dördüncü hakim: Dekel Zino
(Hakimlər briqadası İsraildəndir)
Baş Sponsor