UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin pley-off mərhələsi çərçivəsində Polşanın “Legiya” klubu ilə qarşılaşacaq. Varşavadakı “Wojska Polskiego” stadionunda saat 22:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Kristian Qittelmann, Rafael Foltin
Dördüncü hakim: Daniel Şlager