Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olacaq.
Dublində yerləşən “Tolka Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
23 iyul
“Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Tolka Arena. Saat 22:45
Baş hakim: Ante Çulina
Baş hakimin köməkçiləri: Luka Puşiç, İvan Mihali
Dördüncü hakim: Mateo Erceq
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin
(Hakimlər briqadası Xorvatiyadandır)