Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Bakıda İrlandiyanın “Şelburn” kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib. 44-cü dəqiqədə rəqibin müdafiəçisi avtoqola imza atıb. Səfərdəki ilk matçda da 3:0 hesablı qələbə qazanan təmsilçimiz III təsnfat mərhələsinə yüksəlib.
“Qarabağ”ın növbəti raunddakı rəqibi FCSB (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi olacaq. Bu komandaların Şimali Makedoniyadakı ilk duelində ev sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri isə ayın 12-də baş tutacaq. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.