az en
News / Bu gün saat 23:00: “Hayduk” - “Zirə”

Bu gün saat 23:00: “Hayduk” - “Zirə”

Konfrans Liqası Dərc olundu: 31.07.2025 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Xorvatiyanın “Hayduk” kollektivinin qonağı olacaq.
Bu gün saat 23:00: “Hayduk” - “Zirə”
Split şəhərində yerləşən “Polyud” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. İtaliyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk matç 1:1 hesablı heç-heçə yekunlaşıb.
 
31 iyul
 
“Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan)
Polyud stadionu. Saat 23:00
Baş hakim: Luka Pairetto
Baş hakimin köməkçiləri: Cüzeppe Perrotti, Xaled Bahri
Dördüncü hakim: Paride Tremolada
(Hakimlər briqadası İtaliyadandır)
Baş Sponsor