az en
News / Frank De Bleker: “Hakimlərimizlə düzgün istiqamətdə işləyirik”

Frank De Bleker: “Hakimlərimizlə düzgün istiqamətdə işləyirik”

Hakimlər Dərc olundu: 13.08.2025 Çap
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Elçin Məsiyevin UEFA Superkuboku oyununa dördüncü hakim kimi təyin olunması ilə bağlı qurumun mətbuat xidmətinə fikirlərini bildirib:
Frank De Bleker: “Hakimlərimizlə düzgün istiqamətdə işləyirik”
“Elçin Məsiyevin UEFA Superkuboku oyununa dördüncü hakim kimi təyin olunması Azərbaycan hakimliyinin inkişafı baxımından çox yaxşıdır. Bu, həm də onu göstərir ki, hakimlərimizlə düzgün istiqamətdə işləyirik.
Unutmayaq ki, daha əvvəl UEFA U-17 və U-21-lər arasında Avropa çempionatının final mərhələsində iki baş hakim və iki köməkçi hakimlə təmsil olunmuşuq – Kamal Umudlu və Elçin Məsiyev bu oyunlarda iştirak ediblər. Avqustun 13-də Udine şəhərində PSJ və "Tottenhem" klubları arasında keçiriləcək UEFA Superkuboku matçına təyinat bir daha sübut edir ki, daxili yarışlarımızda UEFA-nın təlimatlarına uyğun işləməyimiz yeganə düzgün yoldur. Biz UEFA ilə uyğun və sabit şəkildə işləyə bilirik. AFFA-nın Avropa futbolunun ən yüksək səviyyəsində təmsil olunması böyük şərəfdir. Bu təyinat Azərbaycan hakimliyinə müsbət təsir göstərəcək və ümid edirəm ki, yeni gənc oğlan və qızlar hakimlik karyerasına başlamaq istəyəcəklər. Çünki biz bütün səviyyələrdə daha çox hakimə ehtiyac duyuruq".
 
Baş Sponsor