az en
News / Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda

Hakimlər Dərc olundu: 25.09.2025 Çap
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. K.Umudlu UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda
Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.
Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Baş Sponsor