az en
News / Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Hakimlər Dərc olundu: 30.09.2025 Çap
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.
Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.
Baş Sponsor