az en
News / Rövşən Nəcəf müxtəlif federasiyaların prezidentləri ilə görüşüb

Rövşən Nəcəf müxtəlif federasiyaların prezidentləri ilə görüşüb

AFFA Dərc olundu: 01.05.2026 Çap
AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın 76-cı Konqresi çərçivəsində bir sıra görüşlər keçirib.
Rövşən Nəcəf müxtəlif federasiyaların prezidentləri ilə görüşüb
Kanadanın Vankuver şəhərində təşkil olunan tədbir zamanı AFFA prezidenti müxtəlif milli assosiasiyaların rəhbərləri ilə görüşərək futbol sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Rövşən Nəcəf Özbəkistan, Belçika, Pakistan, Banqladeş və digər futbol federasiyalarının prezidentləri ilə bir araya gələrək qarşılıqlı əlaqələrin inkişafı və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıb. Görüşlərdə futbolun inkişafına yönəlmiş məsələlər də müzakirə olunub.
Baş Sponsor