az en
News / “Futbolçuların əzmkarlıq göstərmələri vacib idi”

“Futbolçuların əzmkarlıq göstərmələri vacib idi”

Məşqçilər Dərc olundu: 11.10.2025 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Parisdə Fransa yığması ilə keçirilən oyundan (0:3) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Futbolçuların əzmkarlıq göstərmələri vacib idi”
“Oyunun çətin keçəcəyini bilirdik. Fransa yığmasının necə ciddi hazırlaşdığını da görürdük. Üstəlik, azarkeş dəstəyi də var idi. Rəqibin ilk dəqiqələrdəki pressinqinə hazır idik. Birinci hissənin son dəqiqələrində qol buraxmasaydıq, ikinci hissədə bəlkə daha yaxşı olardı. İstənilən halda, bugünkü oyunda göstərdikləri əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Bu, mənim üçün çox vacib idi. Belədə getdikcə rahat olacaq. Bizi üç gündən sonra daha ağır matç gözləyir. Artıq Ukrayna ilə qarşılaşmaya hazırlaşacağıq. Təbii ki, vaxt az olduğu üçün çətinlik olacaq. Amma heyətimiz genişdir, digər oyunçularımız da hazırdırlar”.
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 13-də Polşanın Krakov şəhərində Ukrayna yığmasına qarşı keçirəcək.
Baş Sponsor