az en
News / Bu gün saat 20:00: İsrail (U-17) - Azərbaycan (U-17)

Bu gün saat 20:00: İsrail (U-17) - Azərbaycan (U-17)

U-17 Dərc olundu: 11.10.2025 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bu gün saat 20:00: İsrail (U-17) - Azərbaycan (U-17)
“Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
 
11 oktyabr
 
İsrail (U-17) - Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
Baş Sponsor