az en
News / U-17-nin heyətində dəyişiklik

U-17-nin heyətində dəyişiklik

U-17 Dərc olundu: 08.10.2025 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
U-17-nin heyətində dəyişiklik
“Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb. Onun əvəzinə “Marcet”in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Baş Sponsor