17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
9-cu qrupda yer alan millimiz Kapbreton şəhərində Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Bourret” stadionunda keçirilən görüş meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 qrupda növbəti matçını oktyabrın 11-də İsrail yığmasına qarşı keçirəcək.