17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq. 9-cu qrupda yer alan millimiz Kapbreton şəhərində Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
8 oktyabr
Fransa (U-17) - Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)