az en
News / “İkinci qoldan sonra komandamız ruhdan düşdü”

“İkinci qoldan sonra komandamız ruhdan düşdü”

Məşqçilər Dərc olundu: 06.09.2025 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Reykyavikdə İslandiya yığması ilə keçirilən oyundan (5:0) sonra mətbuat konfransında fikirlərini bildirib:
“İkinci qoldan sonra komandamız ruhdan düşdü”
“Birinci hissədə yaxşı müdafiə olunduq. Müdafiə olunaraq, əks-hücumlara keçməyə çalışırdıq. Rəqib daha çox topa sahib olduğu üçün çətinlik yaranırdı. Birinci hissənin sonunda künc zərbəsindən qol buraxdıq. Fasilədə oyunçulara sakit olmağı tapşırmışdım. Buraxılan ikinci qoldan sonra komandamız ruhdan düşdü”.
Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 9-da evdə Ukrayna yığmasına qarşı keçirəcək.
Baş Sponsor