az en
News / Əli Cəbrayılova UEFA-dan təyinat

Əli Cəbrayılova UEFA-dan təyinat

Futzal Dərc olundu: 22.08.2025 Çap
Futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Əli Cəbrayılova UEFA-dan təyinat
Ə.Cəbrayılov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun oyunlarında ədaləti qoruyacaq. O, avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) oyununda üçüncü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında ikinci, avqustun 28-də təşkil olunacaq “Veilimdorf” - “Viten Orşa” görüşündə isə birinci hakim olacaq.
E qrupunun bütün oyunları Bolqarıstanın paytaxtı Sofiyada yerləşən “Armeec Arena”da baş tutacaq.
Baş Sponsor