az en
News / “Araz-Naxçıvan”ın rəqibləri məlum oldu

“Araz-Naxçıvan”ın rəqibləri məlum oldu

Futzal Dərc olundu: 03.07.2025 Çap
Futzal üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün ilkin və əsas mərhələlərinin püşkü atılıb.
“Araz-Naxçıvan”ın rəqibləri məlum oldu
İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Mübarizəyə ilkin mərhələdən başlayacaq Azərbaycan çempionu F qrupunda “Ljuti Krajişniçi” (Avstriya), “PYF Saltires” (Şotlandiya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 26-31-i aralığında Avstriyada keçiriləcək.
Baş Sponsor