az en
News / Futzal üzrə Yüksək Liqada qaliblər mükafatlandırılıb (fotolar)

Futzal üzrə Yüksək Liqada qaliblər mükafatlandırılıb (fotolar)

Futzal Dərc olundu: 30.05.2025 Çap
Futzal üzrə Yüksək Liqada 2024/2025-ci illər mövsümünə yekun vurulub. Son turun “Baku Fire” – “Neftçi” oyunu (2:1) oyununun ardından mükafatlandırma mərasimi keçirilib.
Futzal üzrə Yüksək Liqada qaliblər mükafatlandırılıb (fotolar)
Əvvəlcə matçı idarə edən hakimlər Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Hacıəli Ağayev, hakim-inspektor Murad Məmmədova diplomlar, 54 qolla çempionatın bombardiri olan Amirhossein Rasouliyə xatirə hədiyyəsi, “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, çempiona kubok təqdim olunub.
Komandaları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev və Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov mükafatlandırıblar.
 
Baş Sponsor