az en
News / Liqa futbol klublarımızı bir araya gətirir

Liqa futbol klublarımızı bir araya gətirir

AFFA Dərc olundu: 20.05.2020 Çap
Azərbaycanda ilk dəfə olaraq, ölkənin bütün rəsmi futbol çempionatlarında təmsil olunan klublar kiber sahəsində “ən güclü” adı uğrunda mübarizə aparacaqlar. AFFA və “Sport Marketing Group” şirkətinin əməkdaşlığı, “CBC Sport”un informasiya dəstəyi ilə EML kiber futbol Liqası başlayır. EML-də ölkəmizin bir çox futbol klubları (PFL, 1-ci Divizion, Futzal, Çimərlik Futbolu, Region Liqası, Qadın Futbol Liqası və s.) çıxış edəcəklər.
Liqa futbol klublarımızı bir araya gətirir
Mayın 20-də, saat 15:00-da keçirilən püşkatma mərasimi “CBC Sport” kanalında canlı yayımlandı. Püşkün nəticəsinə əsasən, 28 komanda hər birində 4 komanda olmaq şərtilə 7 qrupa bölündü.
 
Xatırladaq ki, hər komandanı azarkeşləri arasından seçilmiş və ya müəyyən bir klubu təmsil etmək istəyini ifadə edən oyunçu təmsil edir.
Birinci turun cədvəli ilə aşağıda tanış ola bilərsiniz:
 

Turnirin açılış oyununda iki Premyer Liqa klubunun təmsilçisi qarşılaşacaq: “Qarabağ” – “Səbail”. Oyun mayın 25-də,  saat 20:00-da başlayacaq və EML-nin rəsmi “Facebok” səhifəsində (facebook.com/eml2020) yayımlanacaq.
Liqa haqqında, həmçinin oyunların cədvəlini www.eml.az saytında və ya EML-nin rəsmi sosial şəbəkə səhifələrində əldə edə bilərsiniz (https://www.facebook.com/eml2020/ və @emilliliqa).
EML Futbol Turniri avqustun ortalarına qədər davam edəcək. Qaliblər pul mükafatı (daha ətraflı burada oxuyun), EML beynəlxalq (Avropa və Asiya liqalarının klubları ilə birlikdə) və UEFA klub E-turnirlərində iştirak etmək imkanı qazanacaqlar. 
UEFA-nın təşkil etdiyi müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək ölkənin rəsmi kiber futbol komandası ən yaxşı EML oyunçularından formalaşdırılacaq.
EML Futbolun təşkilatçıları artıq turnirin mütəmadi keçiriləcəyini və gələcəkdə qrup və divizionların sayının artacağını elan ediblər. İlk turnirdə yalnız AFFA və PFL tərəfindən keçirilən rəsmi liqalarda oynayan klublar qarşılaşacaqlar. Digər turnirlərdə isə həvəskar liqalarda oynayan komandalar da iştirak edə biləcəklər.
 
 
Baş Sponsor 
Partnyorlar