az en
News / Lisenziyalaşdırma üzrə menecerlər üçün imtahan keçirilib

Lisenziyalaşdırma üzrə menecerlər üçün imtahan keçirilib

Lisenziya Dərc olundu: 27.02.2024 Çap
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün onlayn formatda imtahan keçirilib.
Lisenziyalaşdırma üzrə menecerlər üçün imtahan keçirilib
İmtahandan əvvəl Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıb. Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, lisenziya qaydalarına əsasən Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.
Baş Sponsor 
Partnyorlar