az en
News / Millimiz (Qadınlar) Qazaxıstan yığmasına qalib gəldi

Millimiz (Qadınlar) Qazaxıstan yığmasına qalib gəldi

A milli (Qadınlar) Dərc olundu: 24.10.2025 Çap
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.
Millimiz (Qadınlar) Qazaxıstan yığmasına qalib gəldi
A milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Esra Manya və 82-ci dəqiqədə Sevinc Cəfərzadə vurublar.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoldaşlıq görüşü oktyabrın 27-də təşkil olunacaq.
Baş Sponsor