Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb. D qrupunda yer alan komandamız Reykyavikdə İslandiya yığmasının qonağı olub. “Lauqardalsvollur” stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 9-da, Bakıda Ukrayna yığmasına qarşı keçirəcək.
İslandiya – Azərbaycan - 5:0
Qollar: Viktor Palsson, 45+2; İsak Berqmann Yohannesson, 47, 56; Albert Qudmundsson, 66; Kristian Hlinsson, 73
İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson (19. Byarki Steinn Byarkason, 78), 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesson, 16. Stefan Tordarson (17. Brinyolfur Villumsson, 69), 10. Albert Qudmundsson (20. Kristian Hlinsson, 69), 11. Yon Daqur Torsteinsson (18. Mikael Anderson, 69), 22. Andri Qudyonsen (21. Daniel Qudyonsen, 69)
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson
Baş məşqçi: Arnar Qunnlauqsson
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov (17. Toral Bayramov, 55), 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov (18. Cəlal Hüseynov, 62), 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov (21. Qismət Alıyev, 72), 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli (11. Ozan Can Kökçü, 55), 8. Emin Mahmudov (k) (16. Ceyhun Nuriyev, 62), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 5. Anton Krivotsyuk, 7. Anatoli Nuriyev, 9. Renat Dadaşov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev
Baş məşqçi: Fernandu Santuş