az en
News / Mükafatlar təqdim olunub (fotoreportaj)

Mükafatlar təqdim olunub (fotoreportaj)

U-16 qızlar Liqası Dərc olundu: 03.06.2019 Çap
AFFA-nın təşkil etdiyi U-16 qızlar Liqasında 2018/2019-cu il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların və müxtəlif nominasiyalar üzrə fərqlənmiş futbolçuların mükafatlandırılması mərasimi keçirilib.
 
Mükafatlar təqdim olunub (fotoreportaj)
U-16 qızlar Liqasının qalibi 8 №-li İOEUGİM (Bakı) komandası olub. “Gənclik” (Şəki) ikinci, “Qubek” (Balakən) isə üçüncü yeri tutub. Aytac Feyzullayeva (“Gənclik”) ən yaxşı qapıçı, Alina Nəhmədova (“Fidan”) ən yaxşı oyunçu seçilib. “Gənclik” komandasının üzvü Nahidə Məmmədova 76 qolla liqanın bombardiri olub. Pərvin Səfərəliyeva (8 №-li İOEUGİM) “feyr-pley” mükafatına layiq görülüb.
Mükafatları  AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Əsgərli, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Zamir Həsənov, futbol veteranı Zaur Ramazanov təqdim ediblər.
 
 
Baş Sponsor 
Partnyorlar