Bu gün Bakı şəhəri üzrə D qrupunda yer alan məktəblərin iştirakı ilə 247 nömrəli tam orta məktəbdə “Məktəbli Qızlar” (UEFA) turnirinin növbəti oyunları keçirilib.
Yarışda 211, 144, 267, 247 və 157 nömrəli məktəblərin komandaları mübarizə aparırlar. Oyunlar turnirin ümumi məqsədlərinə uyğun olaraq qızlar arasında futbolun təbliği, məktəblərarası əməkdaşlığın gücləndirilməsi və idmana marağın artırılması istiqamətində davam etdirilir.