Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək. "Qarabağ" bu gün növbəti oyununa çıxacaq. "Qrupama Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Joau Pineyrunun başçılıq etdiyi portuqaliyalı hakimlər idarə edəcək.
“Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan)
19 avqust, Saat 23:00 (Bakı vaxtı ilə)
Budapeşt. "Qrupama Arena”
UEFA Çempionlar Liqası
Play-off mərhələsi, ilk oyun
Baş hakim: Joau Pineyru
Köməkçi hakimlər: Brunu Jezuş, Lusiano Maia
Dördüncü hakim: Klaudiu Pereyra
VAR: Tyaqu Martinş
AVAR: Fabiu Melu
Qeyd: Oyun CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.