Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxıb.
Komanda Macarıstanın “Ferensvaroş” kollektivinin qonağı olub. Budapeştdəki “Ferensvaroş” stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri açsalar da, Qurban Qurbanovun yetirmələri 3:1 hesablı əzmkar qələbə qazanıblar. “Qarabağ”ın heyətində qolları 50-ci dəqiqədə Marko Yankoviç, 67-ci dəqiqədə Kevin Medina və 85-ci dəqiqədə Musa Qurbanlı vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.