Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Komanda Bolqarıstanın “Levski” kollektivinin qonağı olub. Sofiya şəhərində yerləşən “Georgi Asparuhov” stadionunda keçirilən görüşdə meydan sahibləri 90+8-ci dəqiqədə vurulan qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq.