az en
News / “Təhsil” FM U-16 qızlar Liqasının qalibi olub (fotoreportaj)

“Təhsil” FM U-16 qızlar Liqasının qalibi olub (fotoreportaj)

U-16 qızlar Liqası Dərc olundu: 14.05.2018 Çap
AFFA-nın təşkil etdiyi U-16 qızlar Liqasında 2017/2018-ci il mövsümünə yekun vurulub. “Təhsil” – “Keşlə” RİOEUGİM-2 oyunundan sonra mövsümü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi təşkil olunub.
 
“Təhsil” FM U-16 qızlar Liqasının qalibi olub (fotoreportaj)
Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Kütləvi Futbol departamentinin rəhbəri Cahangir Həsənzadə, qadınlardan ibarət U-19 və əsas milli komandanın baş məşqçisi Vüqar Əsgərli, Qızlar Liqası şöbəsinin rəhbəri Nəriman Axundov təqdim ediblər.
U-16 qızlar Liqasının qalibi “Təhsil” komandası olub. UGİM (Qax) ikinci, “Keşlə” RİOEUGİM-2 isə üçüncü yeri tutub. Alina Nəhmədova (“Fidan”) ən yaxşı oyunçu, Pərvin Səfərəliyeva (“Keşlə” RİOEUGİM-2) “feyr-pley” mükafatına layiq görülüb. Qaxı təmsil edən UGİM komandasının üzvü Ofelya Durmuşova 57 qolla liqanın bombardiri olub. Hakim kimi karyerasının son oyununa çıxmış Ülviyyə Mustafayevaya isə gül dəstəsi təqdim edilib.
Baş Sponsor 
Partnyorlar