az en
News / Millimiz (Çimərlik) Belçika yığmasına qalib gəldi

Millimiz (Çimərlik) Belçika yığmasına qalib gəldi

Çimərlik futbolu Dərc olundu: 11.09.2025 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Millimiz (Çimərlik) Belçika yığmasına qalib gəldi
B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.
Baş Sponsor