az en
News / Tələbələrə sertifikatlar təqdim edilib (fotolar)

Tələbələrə sertifikatlar təqdim edilib (fotolar)

Məşqçi kursları Dərc olundu: 30.09.2025 Çap
Azərbaycan İdman Akademiyasında (ASA) UEFA-nın C kateqoriyalı məşqçi kursunu uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilib.
Tələbələrə sertifikatlar təqdim edilib (fotolar)
7 aprel - 30 iyun 2025-ci il tarixlərində təşkil olunan sözügedən kurs “Məşqçilik” (futbol) ixtisasının IV tədris ili tələbə və məzunları üçün keçirilib. Layihə ASA ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Tədris proqramı UEFA-nın yanaşmalarına uyğun şəkildə hazırlanaraq iştirakçıların kütləvi futbol təlimi üzrə bilik və bacarıqlarının artırılmasına, habelə gələcək peşəkar fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edib.
AFFA-nın Texniki departamentinin nəzdində fəaliyyət göstərən Təhsil şöbəsi tərəfindən hazırlanan “Gənc və yeniyetmə futbolçuların inkişafı üçün tədris vəsaiti”nin təqdimatı keçirilib. Vəsaitdə kiçik meydançalarda keçirilən oyunların üstünlüklərindən bəhs olunur. Sözügedən nəşrin müəllifləri AFFA Təhsil şöbəsinin əməkdaşları – Cahangir Həsənzadə, Aslan Kərimov və Osman Rəhimovdur.
Üç ay davam edən kursu ASA-nın 11 tələbə və məzunu müvəffəqiyyətlə başa vuraraq AFFA-nın C kateqoriyalı məşqçilik lisenziyası – UEFA C diplomu ilə təltif olunublar.
 
Baş Sponsor