az en
News / "U-13 qızlar Liqası"nın qalibi müəyyənləşib

"U-13 qızlar Liqası"nın qalibi müəyyənləşib

U-13 Qızlar Liqası Dərc olundu: 27.04.2019 Çap
AFFA-nın təşkil etdiyi U-13 qızlar Liqasında 2018-2019-cu il mövsümünə yekun vurulub.
 
"U-13 qızlar Liqası"nın qalibi müəyyənləşib
Abşeron Olimpiya Kompleksində keçirilmiş 3-cü yer və final oyunlarından sonra mükafatçı komandalar məlum olub. Finalda rəqibini 2:0 hesabı ilə məğlub edən Bakının 8 №-li İOEUGİM komandası liqanın qalibi olub. “Amasiya” (Bakı) ikinci, "Neftçi" PFK (Bakı) üçüncü pilləni tutub.   
Final oyunundan dərhal sonra mükafatlandırma mərasimmi təşkil olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Yaşar Vahabzadə, Azərbaycan milli komandasının sabiq üzvü Zaur Ramazanov və AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov təqdim ediblər.
Liqanın bombardiri rəqib qapılarından 70 qol keçirən Günay Azayeva (“Babadağ”, İsmayıllı) olub. Ən yaxşı qapıçı Ramilə Süleymanova (“Neftçi” PFK), ən yaxşı oyunçu Mələk Hacıyeva (8 №li İOEUGİM) seçilib. Fair Play mükafatı “Amasiya” komandasının üzvü Aytac Mirzəyevaya təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar