az en
News / U-17 (Qadınlar) üçün danışılmış oyunlara qarşı sessiya (fotolar)

U-17 (Qadınlar) üçün danışılmış oyunlara qarşı sessiya (fotolar)

Seminar Dərc olundu: 23.10.2025 Çap
AFFA-nın Kompleyens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın danışılmış oyunlarla mübarizə üzrə məsul şəxsi Naib Əsədov tərəfindən Azərbaycanın qadınlardan ibarət U-17 milli komandası üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirilib.
U-17 (Qadınlar) üçün danışılmış oyunlara qarşı sessiya (fotolar)
Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA yarış qaydalarında müəyyən edilmiş format əsasında baş tutan təlimin əvvəlində iştirakçıların bu sahədə mövcud biliklərinin yoxlanılması üçün qısa sual-cavab mərhələsi keçirilib. Komanda üzvlərinə futbolun əsas dəyərləri və dürüst oyun prinsipləri izah edilib, danışılmış oyunların anlayışı, bu əməllərin mahiyyəti və mümkün nəticələri barədə ətraflı məlumat verilib. Real hadisələr üzərindən müzakirələr aparılıb, statistik göstəricilər və videoçarxlar nümayiş etdirilib.
 
Təlim çərçivəsində həmçinin aşağıdakı mövzular izah olunub:
• Mərc fəaliyyəti və qanunsuz əməllərin riskləri,
• Sanksiyalar və onların tətbiq mexanizmi,
• Danışılmış oyunlarla bağlı AFFA İntizam Məcəlləsinə 2025/2026 futbol mövsümü üçün edilmiş dəyişikliklərin mahiyyəti.
 
Sessiyanın sonunda futbolçular mövzu ilə bağlı suallar verib, təlimçi tərəfindən cavablandırılıb.
AFFA bundan sonra da gənc futbolçuların maarifləndirilməsi, ədalətli oyun və şəffaflıq prinsiplərinin təbliği istiqamətində tədbirlərini davam etdirəcək.
 
Baş Sponsor