az en
News / U-17 (Qadınlar) seçmə mərhələdə ilk oyununu keçirib

U-17 (Qadınlar) seçmə mərhələdə ilk oyununu keçirib

U-17 (qızlar) Dərc olundu: 24.10.2025 Çap
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
U-17 (Qadınlar) seçmə mərhələdə ilk oyununu keçirib
B Liqasının 1-ci qrupunda yer alan millimiz Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineu şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilən görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.
Baş Sponsor