az en
News / U-19 (Qadınlar) seçmə mərhələdə ikinci oyununu keçirib

U-19 (Qadınlar) seçmə mərhələdə ikinci oyununu keçirib

U-19 (qızlar) Dərc olundu: 29.11.2025 Çap
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyuna çıxıb. B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
U-19 (Qadınlar) seçmə mərhələdə ikinci oyununu keçirib
Əlverişsiz hava şəraiti və “Mladost” stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınan görüş Qoran Pandev Məşq Kompleksində təşkil olunub. Oyun Şimali Makedoniya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 35-ci dəqiqədə Mədinə Curuqova vurub.
Qeyd edək ki, U-19 qrupda son matçını dekabrın 1-də Gürcüstan seçməsinə qarşı keçirəcək.
Baş Sponsor