az en
News / U-19 Özbəkistan yığması ilə ikinci dəfə qarşılaşıb

U-19 Özbəkistan yığması ilə ikinci dəfə qarşılaşıb

U-19 Dərc olundu: 12.10.2025 Çap
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.
U-19 Özbəkistan yığması ilə ikinci dəfə qarşılaşıb
U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.
Baş Sponsor