az en
News / U-21 Monteneqro yığması ilə heç-heçə etdi

U-21 Monteneqro yığması ilə heç-heçə etdi

U-21 Dərc olundu: 08.06.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
U-21 Monteneqro yığması ilə heç-heçə etdi
U-21 Sumqayıtda Monteneqronun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matç 0:0 hesablı heç-heçə başa çatıb.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına qarşı (1:3) keçirib.
Baş Sponsor