21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
B qrupunda yer alan millimiz Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Barseluş şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz qrupda ikinci görüşünü sentyabrın 9-da, Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.