az en
News / Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

A Milli Dərc olundu: 19.06.2025 Çap
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub
D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, A millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Baş Sponsor