Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 6-da keçiriləcək “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Afina Olimpiya Stadionunda baş tutacaq.