az en
News / Ən yaxşı hakimlər mükafatlandırıldı

Ən yaxşı hakimlər mükafatlandırıldı

AFFA Dərc olundu: 15.08.2025 Çap
AFFA tərəfindən təsis olunmuş Tofiq Bəhramov adına mükafatın növbəti qalibləri müəyyənləşib. Səsvermənin nəticələrinə əsasən, ötən mövsümün yekunlarına görə, ən yaxşı baş hakim adına Əliyar Ağayev, ən yaxşı köməkçi hakim adına isə Zeynal Zeynalov layiq görülüb.
Qaliblərə mükafat bu gün Misli Premyer Liqasının 2025/2026 mövsümünün açılış oyunu çərçivəsində keçirilən “Karvan Yevlax” – “Qəbələ” görüşündən əvvəl AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və veteran hakim Rüstəm Rəhimov tərəfindən təqdim olunub.
Ən yaxşı hakimlər mükafatlandırıldı
Baş Sponsor